ABŞ dövlət katibi Entoni Blinkenin təyyarəsi oksigen sızıntısı səbəbilə qəza edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
O, Blinkenin təyyarəsinin qəzaya uğradığını, nəticədə amerikalı diplomatın Sürixdən uça bilmədiyini təsdiqləyib. Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələri Blinken üçün əlavə təyyarə göndərib.
Miller qeyd edib ki, təyyarənin sıradan çıxması dövlət katibinin rəsmi görüşlərinə təsir etməyib:
“O, artıq Davosda bütün planlaşdırılan görüşləri reallaşdırıb. Nəzərdə tutulan saatdan gec də olsa, Blinkenin Vaşinqtona geri dönməsini gözləyirik”.