Blinkenlə Çavuşoğlunun telefon danışığı oldu

blinkenle-cavusoglunun-telefon-danisigi-oldu
Oxunma sayı: 1492

ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Blinken Tvitter hesabında paylaşım edib.

“Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Prezident Putinin Ukraynaya qarşı seçdiyi müharibəni müzakirə etmək üçün danışdım. Ukrayna xalqına verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür etdim”, - Blinken qeyd edib.