Blinkenlə Kuleba Ukraynadakı son vəziyyətdən danışdılar

blinkenle-kuleba-ukraynadaki-son-veziyyetden-danisdilar
Oxunma sayı: 2277

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kuleba Tvitter hesabında paylaşım edib.

“Blinkenlə Rusiyanın Ukraynaya qarşı qəddar təcavüzkar müharibəsinə və çoxsaylı hərbi cinayətlərə son qoymaq səyləri barədə danışdım.

Bu məqsədlə Ukraynanın müdafiə qabiliyyətini daha da gücləndirmək, Rusiyaya daha çox təzyiq göstərmək və bütün mövcud diplomatik vasitələrdən istifadə etmək çox vacibdir”, - XİN rəhbəri qeyd edib.