Blinkenlə Lavrovun görüşü olacaq

blinkenle-lavrovun-gorusu-olacaq
Oxunma sayı: 707

ABŞ Dövlət katibi Entoni Blinken Kiyev və Berlinə səfərlərindən sonra cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla Cenevrədə görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departeminin yüksək rütbəli nümayəndəsi bildirib. 

"Dövlət katibi Blinken bu səhər xarici işlər naziri Lavrovla danışdı və bu söhbət kontekstində hər ikisi şəxsən görüşməyin faydalı olacağı barədə razılığa gəldilər. Dövlət katibinin Kiyev və Berlinə səfər planlarını nəzərə alaraq, bu görüşə daha birini əlavə etmək qərarı verildi”, - deyə mənbə bildirib.

Görüş yanvarın 21-i cümə gününə planlaşdırılıb.