Blinkenlə Lavrovun telefon danışığı oldu

blinkenle-lavrovun-telefon-danisigi-oldu
Oxunma sayı: 774

ABŞ Dövlət katibi Entoni Blinkenin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilir ki, iki ölkənin diplomatik departamentlərinin rəhbərləri ABŞ-Rusiya strateji sabitlik dialoqunun son raundunun nəticələrini, eləcə də Rusiya-NATO Şurasının iclasını müzakirə ediblər. 

“Nazirlər yanvarın 10-da keçirilən Strateji Sabitlik Dialoqunu, yanvarın 12-də keçirilən Rusiya-NATO Şurasının iclasını və ATƏT Daimi Şurasının yanvarın 13-də keçirilən iclasını müzakirə ediblər. Baş katib Rusiya ordusunun Ukrayna ilə sərhədlərin yaxınlığında olmasının dərin təşviş doğurması ilə bağlı gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb”, - departamentin yaydığı bəyanatda deyilir.

Telefon danışığı ilə bağlı sorğuya cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi təsdiq cavabı versə də, təfərrüatı açıqlamayıb.