Liviya parçalandı: Kirenayka müstəqilliyini elan etdi

liviya-parcalandi-kirenayka-musteqilliyini-elan-etdi
Oxunma sayı: 668

Liviyanın şərqində neft yataqları ilə zəngin olan Kirenayka (Cyrenaica) bölgəzi müstəqilliyini elan etdi. Bu qərar Benqazidə qəbilə liderləri və bəzi yüksık rütbəli hərbçilərin olduğu 2 000 nəfərlik qrupun iştirak etdiyi iclasda qəbul edilib. İclasda Kirenaykanın illərdir hökumətin laqeyd münasibətinə məruz qaldığı bildirilərək bundan sonra muxtariyət əldə etmiş regionda xalqın söz sahibi olacağı qeyd edilib.

İclasda Şeyx Əhməd Zübeyrin lider seçildiyi bölgə üçün federal sistemin yeganə xilas yolu olduğu vurğulanıb.

Qeyd edək ki, Liviyanın əsas neft yataqları bu ərazidədir və Milli keçid şurası ölkənin bölünəcəyi təhlükəsinə qarşı federal idarəni dəstəkləmir.

Müstəqillik elan edilməsinin leqitimliyi olmasa da bu qərarın mərkəzi hökumətlə federal idarə arasında gərginlik yaradacağı bildirilir.

Xatırladaq ki, Qəddafidən əvvəlki monarxiya dövründə Liviya dövləti Tripoli, Kirenayka və Fazzania (Phasania) adlı üç bölqədən ibarət olub.

anspress