Müşavirədə 2013-cü ildə ölkənin inqtisadi inkaşafı, yoxsulluq və işsizliyin aradan qaldırılması, iqtisadi gəlirlərin artması və digər inkişaf templəri ilə bağlı səslənən fikirlərin heç də reallığı əks etdirmədiyini bildib və bu cür iqtisadi təhlillərin ölkənin real vəziyyəti ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
2013-cü ilin sosial iqtisadi yekunları üzrə təhlillərə əsaslanan blok iştirakçıları qeyd edib ki, cari ildə ölkə həyatında böyük iqtisadi dəyişiklər baş berməyib, əksinə bu müddət ərzində infilyasiya və qiymət artımı şəraitində əhalinin sosial vəziyyəti daha da ağırlaşıb, az təminatlı ailələr keçən illə müqayisədə daha ağır şərtlər altında yaşamağa məcbur olub, minumum yaşayış yoxsulluq həddindən yuxarı göstəricilərlə müşahidə olunub, işsizliklə bağlı problemlər aradan qaldırılmayıb.
Sosial-iqtisadi inkişafın qarşıında ən böyük əngələ çevrilən, dövlətin iqtisadi əsalarını sarsıdan korrupsiya və rüşvətxorluğu aradan qaldırılması ilə bağlı müşavirədə səslənən fikirlərə münasibət bildirən blok iştirakçıları bu istiqamətdə təkcə hüquqi addımların yetərli olmadığını diqqətə çatdırıb və bu bəlaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsinin, iqtisadiyyatda şəffaflığın təmin edilməsinin, korrupsiya ilə mübarizə komissiyasına müxalifətdən və müstəqil ekspertlərdən ibarət şəxslərin cəlb edilməsinin vacibliyini bir daha qeyd edib.
Blok iştirakçıları Ölkə prezidentinin demokratik cümhuriyyətimizin banisi M.Ə. Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı ölkə çapında geniş tədbirlərin keçirilməsi, onun irsinin öyrənilməsi və təbliğinin aparılması haqqında imzaladığı sərəncamın bu günə qədər həyata keçirilməməsi, sərəncamda göstərilən vəzifələrin yerinə yetirilməməsindən ciddi narahat olduğunu bildirib və bu faktı ilk növbədə dövlət başçısının sərəncamına hörmətsizlik və M. Ə Rəsulzadə irsinə laqeyd münasibət kimi dəyərləndirib
Həmçinin toplantıda Müsavat partiyası başqanın müşaviri Y.Sadıqovun 6 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxarılan məhkəmə qərarından ciddi narahat olduğunu ifadə edən bəyanatla çıxış edilib.
Son xəbərlər
Son Xəbərlər