Blok Türkiyəyə başsağlığı verdi

blok-turkiyeye-bassagligi-verdi
Oxunma sayı: 877


“Qafqazinfo” ya daxil olan məlumata görə, blok iştirakçıları ilk növbədə Rusiyanın separatçı qüvvələrə aktiv dəstəyi ilə Ukraynanın Donetski və Luqansk əyalətlərində referendum keçirilməsini qətiyyətlə pisləyib və bu faktın ölkə Konstitusiyasına və beynəlxalq hüquq normalarına zidd olduğunu diqqətə çatdırıb. 

Blok iştirakçıları Fransa prezidenti F.Hollandın Azərbaycana səfərinin nəticələrinə münasibət bildirib və görüşün iki ölkə arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığa böyük töhfə olması ilə yanaşı bundan sonrakı dövrdə  Minsk Qrupunun həmsədr ölkəsi olaraq Fransanın Dağlıq Qarabağ probleminin həllində daha ədalətli mövqe tutmasına ümidvar olduğunu diqqətə çatdırıb. Lakin blok iştirakçıları Fransa prezidentinin İrəvana səfəri zamanı açıq şəkildə Ermənistan dövlətinin yanında durması ilə bağlı bəyanatlar səsləndirməsini və qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı Türkiyəyə çağırışlar etməsini təəssüflə qarşılayıb və bu təzadlı mövqenin onun ATƏT-in Minsk qrupundakı rolu ilə bir araya sığmadığını qeyd edib.  Blok iştirakçıları Türkiyə mədənlərində baş verən partlayış nəticəsində çoxsaylı insanın faciəli şəkildə vəfat etməsini dərin kədər hissi ilə qarşılayıb, vəfat edənlərin doğmalarına və bütövlükdə qardaş Türkiyə dövlətinə bu itkidən təəsüfləndiklərini ifadə edən başsağlığı məktubu ünvanlayıb.