“Bloomberg” xəbər agentliyi Rusiyadakı fəaliyyətini müvəqqəti dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, buna Rusiya Prezidenti Vladimir Putinin müharibə ilə bağlı saxta xəbər yayanlara həbs cəzasının verilməsini nəzərdə tutan qərarı imzalaması səbəb olub.
Bunu “Bloomberg”in baş redaktoru Con Mikletveyt deyib:
“Böyük təəssüf hissi ilə Rusiyada xəbərlərin toplanmasının müvəqqəti dayandırılması barədə qərar qəbul edirik”.
***
Amerikanın “CNN” teleşirkəti də Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Rusiyada yayımı dayandıracaq. Bu barədə məlumatı şirkət öz rəsmi tviter hesabında paylaşıb: “CNN Rusiyada yayımı dayandıracaq, vəziyyəti qiymətləndirməyə davam edəcək və onun inkişafına uyğun olaraq növbəti addımları müəyyənləşdirəcək”.
Xatırladaq ki, Böyük Britaniyanın BBC Yayım Korporasiyası Rusiya qanunvericiliyinin sərtləşdirilməsi səbəbindən Rusiyada fəaliyyətini müvəqqəti olaraq dayandırır.
Son xəbərlər
Son Xəbərlər