“Lotu Quli”nin dəstəsi Krosnayarskyə göndərildi

lotu-qulinin-destesi-krosnayarskye-gonderildi
Oxunma sayı: 979

Rusiyada qətl və adam oğurluğu ittihamı ilə həbsdə olan azərbaycanlılardan ibarət cinayətkar qrup Moskvadan Krosnayarsk vilayətindəki həbsxanaya köçürülüblər. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, cinayətkar qrupun bu dəstəsinə birbaşa olaraq “Lotu Qulu” ləqəbli tanınmış “qanuni oğru” Nadir Səlifovun rəhbərlik etdiyi məlum olub. Onun tabeliyində olanlar artıq Moskvada adamları girov götürmək və azad olunmaları müqabilində pul almaq üstündə uzunmüddətli həbs cəzaları alıblar. Hazırda cinayətkarları Krasnoyarskda Azərbaycan diasporasının lideri Rafiq Məmmədovun ölümü ilə bağlı məhkəmə gözləyir.

Məlumata görə, Nadir Səlifov hələ 1996-cı ildə Azərbaycanda adam oğurluğu və qeyri-qanuni silah saxlamasına görə 27 il həbs cəzasına məhkum edilib. Lakin tədqiqatçıların sözlərinə görə, bu, ona MDB ölkələrində Azərbaycan diasporasının nümayəndələrinin mübahisələri zamanı arbitraj hakimi rolunda çıxış etməsinə mane olmayıb. Eyni zamanda, Rusiya ərazisində özünün kriminal klanını da idarə edib.

Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, 2008-ci ilin sonunda Qulu paytaxta ona sadiq insanlardan ibarət növbəti briqada göndərir. Bu briqadanın tərkibinə “Kikbokser” ləqəbli peşəkar idmançı Samin Paşayev, Elmir Məmmədov (Qaraçı), Rüstəm Əliyev (Alyoşa), Nazim Əzizov, Tural Nəcəfov və Vilayət Məmmədov daxil idi. Onların əksəriyyəti Rusiya Federasiyasında başqa soyadlarla yazılan pasportlarla yaşayırdılar.

Bu yaxınlarda paytaxt məhkəməsi Əzizov,Paşayev, Əliyev, Vilayət Məmmədov və Nəcəfovla bağlı hökm çıxartdı və onlar 14 il azadlıqdan məhrumetmə cəzası aldılar. Yaxın vaxtlarda isə Qaraçı və Nəcəfov barəsində Rafiq Məmmədovun ölümü ilə bağlı yeni məhkəmə prosesi başlayacaq.


Səidə