Blumberq televiziyada reklamı üçün 23 milyon ayırdı

Blumberq televiziyada reklamı üçün 23 milyon ayırdı
Oxunma sayı: 773

Nyu-Yorkun keçmiş meri və sahibkar Maykl Blumberq 2020-ci ildə prezident seçkilərində iştirak etmək üçün sənədlərini  təqdim edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, biznesmen Demokratlar partiyasından namizədliyini irəli sürüb.

Blumberqin komandası televiziyada reklam kampaniyası üçün artıq 23 milyon dollar da ayırıb. Bu, keçmiş prezident Barak Obamanın yayım xərclərindən 1 milyon dollar azdır.

Ayrılmış 23 milyon Florida, Texas, Massaçusets, Kaliforniya, Pensilvaniya, Missisipi, Miçiqan ştatlarının televiziyalarındakı təbliğata xərclənəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi