Marağada da divarlara şüarlar yazıldı

maragada-da-divarlara-suarlar-yazildi
Oxunma sayı: 650

“Qafqazinfo”nun Günaz TV-nin internet saytına istinadən verdiyi məlumata görə, Marağa şəhərinin divarları milli şüarlar, xüsusi ilə “Ana dilində mədrəsə” şüarı ilə bəzədilib.
Marağa şəhərinin Şəhid Kərəmi, Purrüstəm, Əllamə, Şəhid Ərcüməndi, Xace Nəsir, Standart meydanı, Müdərris, Taliqani, Azad universiteti və s. kimi təhsil ocaqlarının divarları üzərinə “Türk dilində mədrəsə” və “Ana dilində mədrəsə” şüarı yazılıb.
Təhlükəsizlik qüvvələri, şüarları divarlar üzərindən silməyə çalışsalar da bu şüarlar pərakəndə şəkildə görünməkdədir.