“BME - Schindler” 20 yaşını yeniliklərlə qeyd etdi - Foto

bme-schindler-20-yasini-yeniliklerle-qeyd-etdi
Oxunma sayı: 1911

Bu il “BME – Schindler” şirkətinin Azərbaycandakı fəaliyyətinin 20-ci ildönümündür. Azərbaycanda lift və eskalator bazarının lideri olaraq fəaliyyət göstərən şirkət yubileyinə yeniliklərlə girəcək.

Belə ki, “Algi Plaza”da açılacaq konseptual ofis “BME – Schindler”in gələcəkdə daha yaxşı fəaliyyət göstərməsinə hesablanıb. Bu ofisin fərqli üslubda olması da diqqət çəkir.

Yeni ofisdə müasir üslubda hazırlanmış Agile konsepti əsas alınıb. Bütün bunlar hədəfi “xidmətlə liderlik” olan şirkətin fəaliyyətinə müsbət təsir göstərəcək.

“BME Schindler” şirkəti lift avadanlığı, elektrik avadanlığı, tikinti və yol texnikası, yükvurma avadanlığı satışı və bütün bunların texniki baxışı ilə məşğuldur.

Şirkət “Schindler” liftlərini təkcə binalarda deyil, 2 və ya daha çox mərtəbəsi olan bağ evlərində də edir. Həmçinin bu liftlər elektrik enerjisinə qənaət etmək baxımından da sərfəlidir. Məhsullar İsveçrə mühəndisliyi ilə italyan dizaynı əsasında hazırlanır.

Şirkət dezinfektorlu “Schindler” liftlərinin istehsalı ilə də diqqət çəkir. Bunun üçün təmassız düyməli liftlər mövcuddur.

Qeyd edək ki, Bakı Mexanika və Elektronika MMC (“BME - Schindler Azərbaycan”)  İsveçrənin “Schindler” Şirkətlər Qrupunun quraşdırma və texniki qulluq xidmətlərinin Azərbaycanda yeganə rəsmi distribütorudur.

“Schindler Group” 1874-cü ildə İsveçrənin Luzern kantonunda qurulub va hazırda dünyanın bir çox ölkələrində təmsil olunan və 55 000-dən çox əməkdaşı olan bir dünya markasıdır.

Hər gün dünyada  iki milyarda yaxın insanı daşıyan “Schindler Group” etibarlı lift va eskalator istehsalçısı olub, yatırımcıların, memarların, inşaatçıların və istifadəçilərin birinci seçimi olaraq qalır.