“Məcburi köçkün” dələduz çıxdı

mecburi-kockun-deleduz-cixdi
Oxunma sayı: 659

Cinayət işinin başlanmasına səbəb N.Fərhadovanın tanışı O.Novruzovla qabaqcadan əlbir olub Ş.Baxşıyevdən oğlu Manaf Baxşıyev və digərlərinin barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq edilən cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzasının yüngülləşdiriləcəyi adı ilə külli miqdarda pulunu ələ keçirərək dələduzluq etməsi olub.

Qeyd edilən cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2012-ci il tarixli hökmü ilə Manaf Baxşıyev Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 il müddətə, Sübhan Həndəmov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il 6 ay müddətə, Arzuman Qənbərov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il 6 ay müddətə, Valeh Zülfüqarov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətə, Etibar Həziyev isə Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən Ş.Baxşıyev N.Fərhadovadan verdiyi pulun qaytarılmasını tələb etmişdir. Lakin sonuncu həmin pulu qaytarmadığından Ş.Baxşıyev Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edib.

N.Fərhadovanın şəxsiyyəti araşdırılarkən müəyyən edilib ki, o, əvvəllər də törətdiyi dələduzluq əməllərinə görə cinayət məsuliyyətə cəlb olunub. Belə ki, N.Fərhadova keçmiş həyat yoldaşı Seyidnəsir Aslanovla birlikdə 1998-ci ildə Xaçmaz rayon sakininə məxsus 23.0 min ABŞ dolları məbləğində qızıl-zinət əşyalarının dələduzluq yolu ilə ələ keçirmələri faktı üzrə Ali Məhkəmənin Cinayət İşləri üzrə Kollegiyasının 12 iyun 2000-ci il tarixli hökmü ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bundan başqa N.Fərhadovanın 1998-ci ildə Xaçmaz rayon sakininin 7 min 800 ABŞ dolları dəyərində əmlakının dələduzluq yolu ilə ələ keçirməsi faktına görə 20 iyun 2006-cı il tarixdə Şabran rayon prokurorluğunda cinayət işi başlanıb, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cinayət təqibinə xitam verilib.