Medvedyev və Putin fotoqraf qızlarla - Fotosessiya

medvedyev-ve-putin-fotoqraf-qizlarla-fotosessiya
Oxunma sayı: 1067

“Qafqazinfo”nun məlumatına görə, hər ikisi onları hər addımda təqib edən fotoqraflarını işdən çıxararaq yerinə gözəl və gənc qızları qoyublar. Putin iki il əvvəl Moskvada keçirilən gözəllik yarışmasında iştirak edən Yana Lapikovanı fotoqraf vəzifəsinə təyin edib. Medvedyevin fotoqrafı isə “İzvestiya” qəzetində işləyən müxbir Yekatirina Ştukina olub. Kremlin sözçüsü Yekatrinanın bu vəzifəyə təyin edilməsi ilə bağlı açıqlama verib: “Gənc və gözəl bir qızdır, professional olduğu üçün ona prezidentin şəkillərini çəkmək tapşırıldı”.

Putinin mətbuat katibi isə Yana Lapikovanın öz işinin öhdəsindən gəldiyini və çəkdiyi fotoları baş nazir də bəyənərsə onun ştata alınacağını bildirib.

Səidə