“Məmmədyarovun bəyanatı diplomatik etikadan uzaqdır” –Vitse spiker

memmedyarovun-beyanati-diplomatik-etikadan-uzaqdir-vitse-spiker
Oxunma sayı: 633

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri erməni parlamintinin vitse-spikeri, hakim Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov Elmar Məmmədyarovun təmas xəttində insidetlərin araşdırılması mexanizinin quraşdırılması ilə bağlı bəyanatına cavab olaraq deyib.

Onun sözlərinə görə, Azərbaycan XİN rəhbəri növbəti dəfə bu ölkənin rəhbərliyinə xas ziddiyyətli, aşağılayıcı və diplomatik etikadan çox uzaq bəyanatla çıxış etdi: “Əvvəlcə Məmmədyarov bəyan edir ki, Azərbaycan təmas xəttində insidetlərin araşdırılması mexanizinin quraşdırılmasına öz razılığını verir, daha sonra bəyan edir ki, bu bəyanat yalnız o zaman işləyə bilər ki, erməni qoşunları Azərbaycanın işğal olunmuş” ərazilərini tərk edəcək. Məmmədyarov özünə zidd getməyi bacardı”.

Şarmazanovun fikrincə, Məmmədyarovun bəyanatının ikinci hissəsində yer alan daha böyük təhlükə, aydın göründüyü kimi Azərbaycanın ATƏT Mİnsk qrupu həmsədr ölkələri prezidentlərinin bəyanatlarına məhəl qoymamasıdır: “Məmmədyarovun bəyanatı növbəti dəfə göstərir ki, Azərbaycan ancaq erməni tərəfinə deyil, öz xalqına qarşı da faşizm siyasəti yürüdür”.

Qeyd edək ki, Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorla birgə keçirdiyi mətbuat konfransında qeyd etmişdi ki, Azərbaycan insidentlərin araşdırılması mexanizminin tətbiqinə razılıq verib, lakin qoşunların çıxarılmasından sonra bu mexanizm lazım olmayacaq: “İndiki şəraitdə mexanizmin tətbiqi status-kvonun daha da möhkəmlənməsi mənasına gəlir. Qoşunların çıxarılmasından sonra təmas xəttində snayperlərə ehtiyac qalmayacaq".

Səidə