“Mən ayrılmamışam...”

men-ayrilmamisam-
Oxunma sayı: 664

"Saytlardan biri mənim həyat yoldaşımla ayrıldığımı yazıb. Lakin bu tamamilə səhv məlumatdır. Mənim ağzımdan belə bir söz çıxmayıb. İnsanlar ayrıla bilərlər, birləşə bilərlər. Mən yenə deyirəm, bu, normal bir şeydir. Çox gözəl qızlarımız, elə olur ki, ailə qururlar, lakin ayrılırlar. Bu mümkün olan bir şeydir.

Amma bizim ailəmizdə belə söhbət olmayıb. Ola bilərdi ki, xasiyyətimiz tutmasın, ola bilərdi ki, sözümüz düz gəlməsin, amma biz toyumuzu efirə çəkib göstərmək üçün evlənməmişik. Biz 1988-ci ildə evlənmişik. Bu toyda Sara Qədimova, Şövkət Ələkbərova, Ruhəngiz Allahverdiyeva və s. kimi dəyərli sənətçilər iştirak etmişdilər.

Toyumuz televizorda göstərilməyib. Sonradan hansısa veriliş xahiş edib, vermişik, göstəriblər. Mən yenə də deyirəm, bizim aramızda ayrılıq söhbəti heç vaxt olmayıb", - deyə B.Dadaşova bildirdi.

milli.az