“Mən zibilyığan olmuşam”

men-zibilyigan-olmusam-
Oxunma sayı: 678




Rusiyada müxtəlif dövlət məmurlarına verilən “Dövlət Mükafat” mərasimində çıxış edən prezident Dmitri Medvedyev özü ilə bağlı sirri ilk dəfə olaraq açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, Kreml sarayında keçirilən mərasimdə Rusiya prezidenti ilk rəsmi peşəsinin zibilyığan olduğunu etiraf edib: “Mənim əmək kitabçamda ilk işim zibilyığan kimi qeyd olunub. Ən son peşəm isə dövlət başçısı olaraq yazılıb. Universitetdə təhsil alarkən zibilyığan işlədim”. Medvedyev mərasimdə müxtəlif peşə sahibləri olmaqla 40 nəfərə dövlət mükafatı təqdim edib. Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına önəm verdiyini vurğulayan prezident onlara 1 milyard rubl (240 mln. dollar) ayırdıqlarını da əlavə edib.

Səidə