Mərkəzi Hərbi Klinik Hospitalının rəisi çürüyən əsgərlə bağlı açıqlama verdi

merkezi-herbi-klinik-hospitalinin-reisi-curuyen-esgerle-bagli-aciqlama-verdi
Oxunma sayı: 678

“Deyilən sözləri biz qəbul edirik. Əslində bizə buraya gəlməyi heç kim vadar etməyib. Özümüz gəlmişik. İctimaiyyətə çatdırmaq lazımdır ki nə baş verib”. Bunu bu gün Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində keçirilən mətbuat konfransında Silahlı Qüvvələr Mərkəzi Hərbi Klinik Hospitalının rəisi tibb xidməti polkovniki Asif Qurbanov bildirib. Onun sözlərinə görə, əsgər Eldar Novruzov iyunun 29-dan hospitalda müalicəyə başlayıb. “Bundan öncə əlahiddə tibb taborlarında və Gəncə hospitalında müalicə olunub. Gəncədə tövsiyə olunub ki, Bakıya göndərilsin. İyunun 29-da isə sol tərəfində xroniki harmoritin kəskinləşməsi diaqnozu ilə bizə qəbul olunub. Xəstə qəbul edilərkən müalicə aparılıb. Kompyuter, nüvə müayinəsi aparılıb və xəstədə qeyd edilən diaqnoz təsdiqlənib. İyulun 25-nə qədər həmin istiqamətdə müalicə alıb”.

Asif Qurbanovun sözlərinə görə, müalicə müddəti bitəndən sonra öz sərəncamı ilə xəstə hərbi həkim komissiyasına təqdim edilib və vəziyyətinin yaxşılaşdığı üçün ona 15 günlük məzuniyyət verilib və müalicə həkimi polkovnik-leytanant Vasif Adıgözəlova bildirilib ki, zərurət olsa əlavə müalicə ala bilər: “Avqustun 3-də xəstə Vasif həkimə müraciət edib. Məzuniyyətdə olduğu dövrdə ehtiyacı olduğuna görə, yaşadığı ərazidə hərbi komendaturaya müraciət edərək müalicəyə göndərilib. Avqustun 4-də Sumqayıt Polis İdarəsinin göndərişi ilə Sumqayıtda əlahiddə tibb taboruna qəbul olunub, avqustun 5-də isə bizə göndərilib. Müalicə müddətində biz lazımı müayinə aparmışıq. Müdafiə nazirinin 57 saylı əmrinə əsasən bizim xəstələri Səhiyyə Nazirliyinin istənilən tibb məntəqəsində müalicə etməyə səlahiyyətimiz var. E.Novruzov da Zərifə Əliyeva adına göz xəstəlikləri instituna aparıldı.

Bu zaman əsgərin valideynləri bildirdilər ki, Türkiyədən Burhan Dadaş adlı həkim gəlib və əsgəri onun müayinəsinə verilməsinə icazə istədilər. Sentyabrın 9-da buna icazə verdik. Mən dedim ki, aparın baxsın. Qeyd edim ki, əsgərin təbii burun deyişiyindən stoloji və histoloji müalicə üçün Vasif həkim tərəfindən dəlik açılıb. Biz başqa diaqnoz qoymuşduq. Amma nəticələr fərqli oldu. Biz belə düşünmürdük. Türkiyəli həkim də müvafiq müayinə apardı və onda şübhə yaranmışdı. Amma xəstəyə vizual baxışda belə xəstəlik görünmürdü. Çürümə əlamətləri yox idi. Histoloji müayinədən sonra bu şübhələr ortaya çıxdı”.

A. Qurbanov bildirdi ki, şübhələr ortaya çıxandan sonra əsgərin müayinəsini başlanılıb. “Onda veqener qranulematoz xəstəliyi aşkarlandı. Bu xəstəliyə mənim praktikamda rast gəlinməyib. O səbəbdən bu xəstəliyin diaqnozunda əlamətləri ortaya çıxmadığı üçün şübhələnməmişdik. Valideynlər çox təkid etdilər ki, Gülhanəyə getsin. Biz onun əməliyyatını burda təklif edəndə onlar qəti etiraz etdilər. Biz bunun müalicəsini apardıq və valideynlərinə də deyə bilmirdik ki, əsgəri nə gözləyir”, - deyə o bildirdi.

A. Qurbanovun sözlərinə görə, Müdafiə Nazirliyinin icazəsi olmadan kimsənin Gülhanəyə göndərilmədiyi barədə məlumat yalandır: “Müdafiə nazirinin masasının üstündə xəstələrin siyahısı olur və onlar heç də hamısı Gülhanəyə getməli deyillər. Hansı xəstə getməlidir, sənədləri araşdırlır və qərarlar qəbul olunur. Eyni zamanda Türkiyə tərəfi ilə razılaşdırılır. Amma E.Novruzovla bağlı vəziyyət bir qədər fərqli oldu”. Onun sözlərinə görə, E.Novruzov bu günə kimi Azərbaycan Ordusunun tarixində Türkiyə tərəfindən razılıq alınmadan Gülhanəyə göndəriləcək ilk əsgər olacaqdı. “Yaşayacağına 10 faiz ümid yeri vardı. Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Ramiz Nəcəfov Türkiyənin Azərbaycandakı hərbi attaşesinə zəng elədi, razılıq aldıq və göndərildi”, - deyə o bildirdi.

7gun.az