Məşhur aktrisa sevgilisindən hamilə qaldı

meshur-aktrisa-sevgilisinden-hamile-qaldi
Oxunma sayı: 640

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın 7 aydır birlikdə olduğu Onur Saylakdan hamilə olduğu və əkiz uşaq gözləməsi xəbəri ərəb heyranlarını təəccübləndirib. “Asi” və “İhlamurlar altında” seriallarını 22 ərəb ölkəsində yayımlayan MBC-nin internet saytı Tubanın hamiləliyini manşetə çıxarıb. Xəbərə gələn şərhlərdə bəziləri onu təbrik etsə də, digər yarısı “evlənmədən necə hamilə qaldı” deyə aktrisanı qınayıb. Bəzi şərhlərdə Türkiyədə evlənmədən hamilə qalındığının ancaq serilallarda mümkün olduğunu və bu xəbərə çox heyrətləndiklərini bildiriblər. MBC-nin internet saytının şou müxbiri Abir Zaki türk seriallarının ərəbləri çox dəyişdirdiyini qeyd edib: “Əvvəllər bir qadının evlənmədən hamilə qalmasını heç kim təbrik etməzdi. Amma indi şərhlərin yarısında Tubanı təbrik edirlər, çünki o burda çox sevilir”.

Səidə