Məşhur aktrisanın evində cinayət

meshur-aktrisanin-evinde-cinayet
Oxunma sayı: 653

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, evin yeni sahibi Barry Newland 4 şəxs tərəfindən öldürülüb. Belə ki, Newland başına torba keçirilərək işgəncə ilə boğulub.

Baş verən bu hadisə isə, aktrisanın unutmaq istədiyi uşaqlıq xatirələrini canlandırıb. Çünki 1991-ci il 21 iyununda bu evdə Theronun anası öz həyat yoldaşını qətlə yetirib.

Uzun müddət bu ailə faciəsinin təsirindən qurtula bilməyən Theron öz açıqlamalarında anasının etdiyi cinayətə haqq qazandır: “Atam içki düşkünü idi. Bizə sözlə təcavüz edirdi. Mənim də qızım eyni vəziyyətdə olsaydı, anamın etdiyini edərdim”.

Qeyd edək ki, aktrisanın atası içkili vəziyyətdə evə gələrkən Theronun yatdığı otağa atəş açmışdı. Bunu görəmn anası isə, öz həyat yoldaşını öldürmüşdü.