Məşhur aktyor azad edildi

meshur-aktyor-azad-edildi
Oxunma sayı: 665

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, məşhur aktyor 100 dollar cərimə ödədikdən sonra azadlığa buraxılıb. Jurnalistlərələ görüşdə o, bildirib ki, həyatında ilk dəfə polis tərəfindən tutulub

Xatırladaq ki, aktyor və atası jurnalist Nik Kluni Sudanın Vaşinqtondakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılıblar. Aksiya iştirakçıları polisin 3 dəfə xəbərdarlıq etməsinə rəğmən, səfirlik binasının qabağındakı maneələri yarmağa cəhd edib. Nəticədə onlar qandallanaraq ABŞ-ın Məxfi Xidmətinin mikroavtobusuna aparılıb.

Corc Kluni “Satellite Sentinel Project” adlı təşkilatın təsisçilərindən biridir. Təşkilatın fəalları Sudan prezidenti Ömər Bəşiri Cənubi Sudanla sərhəddə humanitar böhranın şiddətlənməsinə dəstək göstərməkdə ittiham edir.