Məşhur modelin muskulları - Fotosessiya

meshur-modelin-muskullari-fotosessiya
Oxunma sayı: 661

İngiltərənin ən məşhur jurnal qəhrəmanlarından olan və çılğın gecə həyatı ilə daim gündəmdə qalmağı bacaran Marsh “son iki ildə görünüşümdən çox narahat idim. Heç bir kişi mənimlə maraqlanmırdı. Vücudumu dəyişdirdikdən sonra kişilər mənim üçün bir-biriləri ilə dava etməyə başladılar” açıqlaması ilə yeni görünüşündən çox məmnun olduğunu dilə gətirib. “Qafqazinfo”nun xəbərinə görə, o, keçən həftəsonu Sheffielddə təşkil olunan bodybuild çempionatına qatılıb və beşinci olub. Təxminən iki ay davam edən pəhriz və idman nəticəsində əzələli görünüşə nail olan 32 yaşlı Marşh “insanların nə dediklərinin fərqində belə deyiləm. On ildir özümü bu qədər cazibədar hiss etməmişəm. Kişi kimi göründüyümü düşünmürəm. Bədənim selülitlə dolu idi və qorxunc görünürdüm. İndi özümü çox yaxşı hiss edirəm” söyləyib.

İki il öncə idmana başlayan Marsh son iki ayda 10 kilo arıqlayıb. Hər gün 15 yumurta yeyərək piylərini 25 faizdən 10 faizə endirib.

Nigar