Məşhur müğənni narkobiznesdə ittiham olunur

meshur-mugenni-narkobiznesde-ittiham-olunur
Oxunma sayı: 670

Yerli mətbuatın yaydığı məlumata görə, İstanbul 9 saylı ağır cinayətlərə dair məhkəməsi “narkotik satışı ilə məşğul olmaq” cinayəti ilə mühakimə etdiyi müğənni Dəniz Səki barəsində 6 il 3 ay həbs qərarı verib. Məhkəmənin bu qərarı Ali məhkəmə tərəfindən də təsdiq olunacağı təqdirdə Dəniz Səki həbs ediləcək.

Qeyd edək ki, məhkəmə müğənninin sürücüsü Məcid Çam barəsində də həbs qərarı verib. Kokain satışı ilə məşğul olduğu iddia olunan sürücünü 3 il 1 ay 15 gün həbs gözləyir.

Qərara etiraz etdiklərini deyən Dəniz Səkinin vəkili Naim Karakaya apelyasiyaya müraciət edəcəklərini qeyd edib.

Xatırladaq ki, bu istintaq çərçivəsində 2009-cu il fevralın 24-də həbs olunan Dəniz Səki həmin ilin 2 oktyabrında azadlığa buraxılmışdı.

anspress