Məşhur telekanal Azərbaycan haqqında veriliş hazırlayacaq

meshur-telekanal-azerbaycan-haqqinda-verilis-hazirlayacaq
Oxunma sayı: 655

Səfər oktyabrın 9-dək davam edəcək.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, səfərin əsas məqsədi Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, turizm infrastrukturu, eləcə də, ölkəmizin müasirliyini, tolerantlığını hollandlara, bütövlükdə Avropaya tanıtmaqdan və avropalıların Azərbaycana marağının artırılmasına nail olmaqdan ibarətdir.
Çəkiliş heyətinin səfəri zamanı son illər respublikamızda baş verən hərtərəfli dinamik inkişaf, Bakının tarixi və müasir binaları, həyata keçirilən yeni layihələr, paytaxtın ətrafında yeni və köhnə neft platformaları, Azərbaycanın qədim xalçaçılıq sənəti, qədim inanclara hörmət və tolerantlıq, "Eurovision" musiqi yarışmasına hazırlıq və s. mövzulara diqqət yetiriləcəyi planlaşdırılır. Çəkiliş heyəti, paytaxtla yanaşı İsmayıllı, Qəbələ, Şəki və Quba rayonuna da səfər etmək niyyətindədir.
Nigar Məmmədli