Messi topu evə aparıb

messi-topu-eve-aparib
Oxunma sayı: 660

“Qafqazinfo”nun verdiyi xəbərə görə, özəl oyunlarda oynadığı toplardan kolleksiya düzəldən argentinalı futbolçu bu topu da oraya əlavə edib. “Ən vacibi qalib gəlməkdir. Biz də bunu bacardıq. Ancaq 5 qol vurmaq da gözəl hisdir. Yenidən dörddə bir finaldayıq. La-liqada işimiz bir az çətindir. Lakin sonadək mübarizə aparacağıq” deyə oyundan sonra Messi bildirib.

Qeyd edək ki, “Barselona” – “Bayer” oyunu 7:1 hesabı ilə birincilərin xeyrinə başa çatıb.

Ceyhun Əhmədov