Mətbuat Şurasından Redaktorlar Birliyinə cavab gəldi

metbuat-surasindan-redaktorlar-birliyine-cavab-geldi
Oxunma sayı: 665

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Reaktorlar Birliyinin bərpasına münasibət bildirərkən Mətbuat Şurasının sədrinin müavini Umud Rəhimoğlu deyib. Onun sözlərinə görə, Mətbuat Şurası öz işini kifayət qədər yerinə yetirir və o, dinamik və şəffaf qurumdur.

Redaktorlar Birliyinin ümumilikdə yeni forma olmadığını, sadəcə əvvəl olan quyrumun bərpa olunduğunu vurğulayan Umud Rəhimo0ğlu qeyd edib ki, bu, sadəcə redaktorların bir yerə yığışmasıdır.

Sədr müavini Birliyin toplantısında iki məşhur jurnalistin Mətbuat Şurasından və qurumun sədri Əflatun Amaşovdan şikayətlərinə baxılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu birliyin öz işdiri: “Mən bilmirəm onlar nə şikayətlərinə baxacaqlar. Amma, bu onların öz hüquqdur, öz işləridir. İşləri avand olsun”.


Fatimə Kərimli