Metyu Brayza şortikdə - Fotolar

metyu-brayza-sortikde-fotolar
Oxunma sayı: 671

Fotoalbom Qəbələnin gözəl təbiətinin tərənnüm edən qeydlə yayılıb. Qeyd bu sözlərlə bitir: “Azərbaycan həqiqətən gözəl ölkədir”.

Səfirliyin yaydığı məlumatda isə deyilir ki, Metyu Brayza iyulun 23-də Qəbələ rayonunun Nic kəndindəki Udin icmasına baş çəkib və yenilənmiş Udin Kilsəsində olub. Səfir həmçinin kilsə ərazisində icma üzvləri ilə nahar edib.

Brayza Cənubi Qafqaz regionunun zəngin mədəni irsini saxlamaq üçün Udin kilsəsinin bərpası və qorunub-saxlanması layihələrinin vacibliyini qeyd edib: “Mədəni və dini abidələrin qorunub saxlanması siyasi, mədəni və dini fərqləri də üstələyən böyük bəşəri əhəmiyyətə malikdir. Sizin kilsənin, mədəniyyətinizin və dilinizin qorunub saxlanması müxtəliflik və tolerantlığa gözəl bir nümunədir. Bu yaxınlarda Bakıdakı erməni kilsəsində oldum və səmimi olaraq inanıram ki, gün gələcək və insanlar o kilsədə Sizin burda ibadət etdiyiniz kimi ibadət edə biləcəklər. Yerli rəsmilərin və vətəndaşların Allah evlərinə göstərdiyi ehtiramı görməyə çox şadam”.

Səfir eyni zamanda Qəbələ və Göyçay rayonlarına üçgünlük səfəri çərçivəsində ABŞ-ın Sülh Korpusunun təşkil etdiyi gənc liderlər düşərgələrinin iştirakçıları ilə söhbət edib, icra başçıları ilə görüşüb, Göyçay rayonunda nar emalı müəssisəsinə baş çəkib.

Amerika səfiri iyulun 24-də Qəbələdə Dünyamızda Aparıcı Xanımlar (DAX) düşərgəsini açıb. Beş günlük yay düşərgəsində Azərbaycanın 24 rayonundan 13-17 yaşlı 48 qız iştirak edir.

Düşərgə komanda işi, könüllü fəaliyyət və vərdişlərinin inkişaf etdirilməsi, səhiyyə və fitnes, gender məsələləri və icmanın inkişafı kimi liderlər üçün mühüm ictimai məsələləri diqqət mərkəzində saxlayır.