Meyxanaçılar qəzaya düşdü

<b>Meyxanaçılar qəzaya düşdü</b>
Oxunma sayı: 360

Hadisə ötən gün axşam saatlarında Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı maşın idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə maşında olanlardan bir nəfər Əfqan adlı şəxs aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha beş nəfər – Surxay Abbasov, Kərim Rəhimov, Xəqani Tağıyev, Famil Məmmədov və Fərdi Bayramzadə ağır vəziyyətdə Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Polisdən həmçinin bildirilib ki, qəzaya düşən şəxslər meyxanaçılar olublar, onlar Gürcüstana toya gedirmişlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi