bmi Bakı-Bişkək uçuşlarına başlayır

bmi-baki-biskek-ucuslarina-baslayir
Oxunma sayı: 648

Şirkətin Azərbaycandakı nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan turistləri 2011-ci il, oktyabr ayının 30-dan etibarən bu istiqamətdən istifadə edə bilərlər. Biletin qiyməti, vergilər daxil olmaqla, 332 manat təşkil edir. Bişkəkə uçuşlar Heydər Əliyev adına Beynəlxalq hava limanından həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

bmi aviaşirkətinin Azərbaycandakı nümayəndəsi Leyli Ələkbərova deyib ki, bu reys sayəsində Bişkekdən Londona səfər edənlər artıq tranzit ilə Alma Atadan yox, Bakıdan uçacaqlar.

Nigar Məmmədli