Milçək başa

milcek-basa
Oxunma sayı: 700

Axı, sən kimsən? Əminəm ki, bu sualı özünə verməyi heç ağlından belə keçirməmisən. Biz isə bu sualı hər dəfə səcdədə ikən özümüzə verib insanlara qarşı kibirlənməməyi təvəqqe edir, qarnımızda nəcis daşıdığımızı xatırlayırıq. Sən heç qarnında nəcis daşıdığını düşünmüsənmi? Yaxud, düşünürsənmi, həmin nəcis sənin bağırsaqlarında deyil, boğazında toplansa halın necə olardı?

Bir daha səndən soruşuram, sən kimsən axı? Kimsən ki, təkamül nəzəriyyəsi haqqında dil boğaza qoymadan danışırsan? Sən heç omrunda laboratoriyada əlinə kolba almısanmı? O bir kənara, fotosintez prosesinin nə olduğunu bilirsənmi?

Bir qisminiz həyasızcasına, bir qisminiz isə avamlıqla iddia edirsiniz ki, müasir dövrümüzün alimlərinin irəli sürdüyü hipotezə əsasən, 15-20 milyard il bundan əvvəl kainatın bütün enerjisi öz-özünə bir yerə toplanaraq, güclü partlayışa səbəb olub. Müsəlmanların biganəliyindən istifadə edib daha sonra da elmə böhtan ataraq nəzəriyyəni sübut olunmuş elm kimi insanlara sırımaq istəyirsiniz.

Sənin kimi milçək başlardan biri, bir müddet əvvəl məqaləsində “Yerin yaranması səbəbini din və ya fəlsəfə deyil, yalnız elm ilə müəyyənləşdirmək mümkündür”- deye iddia edir. Sizlerdən soruşmaq məcburiyyətində qalıram ki, dünya tarixində fundamental elmi kəşflər etmiş alimlərin hamısı filosof deyildirlərmi? Fizika sahəsində Arximed, Nyuton, Paskal, Qalileo, Buxarin; kimya sahəsində Lomonosov, Eynişteyn; riyaziyyat sahəsində Əl-Cəbr, sosiologiya elminin banisi İbn Xalidun və s. bunlar sadəcə alim deyildirlər axı. Bu insanların fəlsəfi görüşlərini nece inkar edə bilərsiniz?

Siz heç həyatınız boyu riyazi fəlsəfə, hüquq fəlsəfəsi, tibb fəlsəfəsi, kimya fəlsəfəsi, sosioloji fəlsəfə və s. bu kimi terminlər eşitməyibsinizmi? Lap elə sizin kumiriniz olan Marks, Engels, Lenin, Trotski, Zinoyev, Kaminyev elmi kəşflər etməsələr belə, kommunizm baniləri və qurucuları olaraq filosof deyildirlərmi? Mən hələ Darvini demirəm. Əgər Davinin fəlsəfi görüşlərini qəbul etmirsinizsə, onda 1859-cu ildə çap etdirdiyi “Canlıların Mənşəyi” (The Origin of the Species) əsərindən 13 il sonra, yəni 1872-ci ildə nəşr etdirdiyi “İnsan və Heyvanın hisslərinin təsviri” (The Expression of the Emotions of Man and Animals) əsərini necə qəbul edirsiniz? Axı, məhz o əsərində Darvin insanın heyvan mənşəli olduğuna fəlsəfi don geyindirir.
Bu arada mütləq qeyd etməliyəm ki, Darvin milçǝk başları necǝ azdırmağı gözəl bildiyi üçün fəlsəfəni elmdən ayırmamışdır. Sənin kimi milçǝk başları aldadan digər birisi də Ceyms Lovelokdur (James Lovelock). O, Qaya (Gaia) nəzəriyyəsi vasitəsi ilə iddia edir ki, insanlar Yer kürəsində olan həyata görə Günəşə borcludurlar.

Yer Günəşdən uzaqlığına görə 4-cu planetdir. Əgər bu belədirsə, bəs niyə ona yaxın olan planetlərdə həyat yoxdur? Niyə? Niyə məhz Yerin nə sağında, nə solunda olan digər planetlərə eyni dərəcədə istilik verildiyi halda, sadəcə, bizdə oksigen 21%-dir? Günəşin bu yandırıcı istiliyini oksigenə çevirən hansı səbəbdir? Yaxud, niyə yalnız Yer öz oxu ətrafında 365-366 gün fırlanır, bu müddət isə digər planetlerdə 600-700 gündür? Yerdə olan cazibə qüvvəsinin həcmi ilə digər planetlərdə olan cazibə qüvvəsinin həcmi niyə fərqlidir?

Başını milçǝk başı etmək istǝyǝn həmin müəllif məqaləsində daha sonra yazır: “Coğrafiyadan məlumdur ki, Yerin təkinə getdikcə temperatur artmağa başlayır və müasir dövrümüzün alimlərinin apardığı elmi tədqiqatlar nəticəsində, Yerin dərinliklərində temperaturun +100 C-dən artıq vulkanik aktiv olan ərazilərdə bakteriyalar aşkar edilib”. Belə bir cümlə yazıb sonra həmin mövzunu yarımçıq qoymaq naşılıq və oxucuları çaşdırmaqdan başqa bir şey deyildir.

Yenə soruşmaq məcburiyyətindəyəm; kimdir bu alimlər, hansı elmi mərkəzin nümayəndələridirlər? Tədqiqata başlamazdan əvvəl əllərində ilkin olaraq hansı məlumatlar var idi? Yerin tərkibində aşkar edilən həmin bakteriyaların aqibəti necə oldu? +100 C yaşayan bu bakteriyalar adi atmosfer şəraitinə necə reaksiya verdilər? Mühitə görə hər hansı dəyişikliyə uğradılarmı? Uğradılarsa, nə kimi dəyişiklik baş verdi? Neçə müddətdən sonra dəyişiklik başladı? Siz həmin bakteriyalar haqqında yazıb hansı fikrinizi sübut olaraq göstərmək istərdiniz?

Yer kürəsi yekcins deyil. Deməli, onu partlayiş vasitəsi ilə əmələ gətirən enerji də müxtəlif tərkibdən ibarət olmalıdır. Bəs nə idi həmin enerjinin tərkibi? Atmosferin də tərkibi yekcins deyil. Oksigen ümumi atmosferin tərkibini 21% olmaqla təşkil edir. Sübut edilmişdir, əgər oksigen 21% deyil, 21,001% olsa idi, bütün canlılar soyuqdan donardı və ya 20,009% olsa, hər şey ən adi sürtünmədən alışıb-yanardı. Hətta insanın öz ayaq barmaqlarını da bir-birinə toxundurması mümkün olmazdi. Niyə məhz 21%?

Əgər bütün canlılar bir bakteriyadan əmələ gəlibsə, niyə bitkilər karbonla nəfəs alır, insanlar oksigenlə? Niyə? Təkamül nəzəriyyəsində insanların oksigen, bitkilərin karbonla nəfəs almasının səbəbi niyə göstərilmir?

Məni hər zaman düşündürür ki, hüceyrələri 99% insanla eyni olan oranqutan meymunu sadəcə fəsilin müəyyən dövrlərində nəsil artırmaq üçün instiktiv olaraq cinsi əlaqəyə girdiyi halda, insanla çox az ortaq hüceyrəyə sahib olan delfinlər Yer üzündə yeganə canlıdırlar ki, insan kimi sadəcə həzz -ləzzət üçün cinsi əlaqəyə girirlər. Nədir bunun səbəbi? Niyə bu keyfiyyət delfində olduğu halda, insana ən yaxın hüceyrədə olan oranqutan meymununda yoxdur? İnsan meymundan törənib, yoxsa delfindən?

Niyələrin sayını uzatmaq istəmirəm. Sənin “Niyə?” suallarına cavab verməyəcək zəkada olduğunu da bilirəm. Ona görə də sadə sual veririəm, sən kimsən axı?