Millət vəkili avtoşluq edib?

millet-vekili-avtosluq-edib-
Oxunma sayı: 667

Bu barədə deputatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda deyilir. Bildirilir ki, saytın adı açıqlanmayan “şahidə” istinadən verdiyi məlumatda guya F. Muradovun iyulun 7-də gecə saatlarında bir qrup gənclə paytaxtın Füzuli meydanında “avtoşluq” etdiyi qeyd olunur.

F. Muradovun mətbuat xidmətindən bu məlumatın həqiqətə uyğun olmadığını bildiriblər. Mətbuat xidmətinin yaydığı açıqlamada F. Muradovun Türkiyədə səfərdə olduğu, onun barəsində yayılan informasiyanın heç bir fakta söykənmədiyi vurğulanır.

Mətbuat xidmətindən həmçinin bildiriblər ki, Milli Məclis yay tətilinə çıxsa da, F.Muradov seçiciləri ilə mütəmadi olaraq əlaqə saxlayır, onların qaldırdığı problemlıri müvafiq dövlət qurumlarının qarşısında qaldırır. Mətbuat xidməti PİA.az saytının F. Muradov haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymasından təəssüfləndiyini bildirərək, adıçəkilən agentliyin rəhbərliyini jurnalistlərin əxlaq kodeksinə əməl etməyə çağırıb.