Millət vəkili hicabına görə təhqir olundu

millet-vekili-hicabina-gore-tehqir-olundu
Oxunma sayı: 652

Hicablı türk millət vəkili irqçi hücumuna məruz qalıb. “Qafqazinfo”nun məlumatına görə, əslən türk olan Belçikanın paytaxtı Brüssel bölgə parlamentində millət vəkili olan Mahinur Özdemir həmkarları tərəfindən hicabına görə təhqir olunub. Millət vəkili seçildiyi 2009-cu ildə Özdemiri baş örtüyü ilə and içməsinə mane olmağa çalışan Liberal millət vəkili Denis Ducarme bu dəfə radio proqramında irqçi fikirlər söyləyib.

Özdəmiri hədəfə alan Ducarme dövlətin tərəfsizliyini müdafiə etdiyini qeyd edərək bildirib ki, parlamentdə fərqli millətlərdən çoxsaylı millət vəkilləri var: “Onlar radikalizm və milliyətçilik kartı oynayırlar”.

Ducarme hicabı “İslamın sancağı” adlandıraraq məclisdə qadağa qoyulmasının gərəkdiyini vurğulayıb. O bir daha qeyd edib ki, o tək deyil və bu sırada bir sıra millət vəkilləri həmfikirdir.