Millət vəkilindən “Gənc Qarabağ Səfirləri”

millet-vekilinden-genc-qarabag-sefirleri
Oxunma sayı: 679

“Qafqazinfo”nun məlumatına görə, 31 mart-Azərbaycanlıların Soyqırımı günü münasibətilə “Tarix unudulmur!” adlı tədbir şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlanıb. Gənc Qarabağ Səfirlərinin çıxışları ilə davam edən anım mərasimində tarix boyu xalqımızın başına açılan faciələr xatırlanıb. 1918- ci ildən başlayaraq bu günə kimi erməni terrorçularının törətdiyi qanlı aksiyalar, deportasiya və soyqırımlar pislənərək ictimaiyyətə uşaq baxışından göstərilib.

8 mart 2011- ci ildə erməni snayperinin qurbanı olan 8 yaşlı Fariz Bədəlov və oyuncağına partlayıcı maddə yerləşdirilən 13 yaşlı Aygün Şahmalıyevanın qətlini 116 saylı və 265 saylı orta məktəbin şagirdləri səhnələşdirirərək izləyicilərə təqdim ediblər.
Sonda Azərbaycan Respublika Uşaq Təşkilatının nümayəndəsi Humay Mirzə-zadə çıxış edərək tarixin bu qanlı səhifələrini dünya ictimaiyyətinə çatdırmaq üçün Gənc Qarabağ Səfirləri olaraq görüləcək işlərin zəruriliyindən danışıb. Bunun üçün təşkilatın rəsmi internet səhifəsi olan arut.info- da, sosial şəbəkələrdə (Facebook, Twitter-də) yaradılan “Gənc Qarabağ Səfirləri” səhifə və qruplarında aparılan intensiv işləri vurğulayıb.