Misir Mərdanov dərsliklərdəki səhvlərdən danışdı

misir-merdanov-dersliklerdeki-sehvlerden-danisdi
Oxunma sayı: 647

Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, artıq bu qurumların bir neçə görüşü keçirilib. Görüşlərdə dərsliklərdə müəyyən çatışmazlıqların olduğu aşkarlanıb.

“Bu, mümkündür. Heç bir zaman mütləq düzgün dərslik olmayıb. Bu sahədə ciddi addımlar atılır”, - Mərdanov qeyd edib.

Nazir saxta diplomların aşkarlanması istiqamətində işlərin aparıldığını da bildirib.

“Bizim bir məqsədimiz var ki, Azərbaycan vətəndaşlarının saxta diplomu olmasın. Belə adamlar məktəblərdə çalışa bilməzlər. Bu iş davam edəcək”, - Misir Mərdanov deyib.