Misir yeni inqilaba hazırlaşır

misir-yeni-inqilaba-hazirlasir
Oxunma sayı: 641

Etiraza səbəb siyasi hakimiyyətin səlahiyyətlərinin hərbçilərə keçməsi qərarıdır. Onlar aksiyalarını “Milyonların marşı” adlandırıblar.

Bazar günü ordu parlament əleyhinə iki qərar qəbul edib. Bunların birində parlamentin buraxılması, digərində qanunverici hakimiyyətin səlahiyyətlərinin orduya ötürülməsi göstərilir. Qanunvericilik imkanı yeni parlamentin formalaşdırılmasınadək orduda qalacaq.

Bazar günü keçirilən prezident seçkisinin ikinci turunda isə “Müsəlman qardaşları”nın namizədi Məhəmməd Mursi qalib gəlib. İslamçıların siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının məlumatına görə, o, 52% səs yığıb. Mübarəkin keçmiş baş naziri Əhməd Şefik isə 48%. MSK yekun nəticləri iyunun 21-də açıqlaycaq. Şefikin tərəfdarları qələbəyə ümidlərini saxlayırlar.

Parlamentin buraxılması ilə ordu “Müsəlman qardaşların”nın hakimiyyətini məhdudlaşdırıb. Ordunun prezidentin səlahiyyətlərini məhdudlaşdıracaq qanunları qəbul etməsi də gözlənilir. Prosesi hərbi çevriliş adlandıran islamçılar Misiri kütləvi itaətsizliyə çağırırlar.

azadliq.info