Mitinqdə iki nəfər öldü

mitinqde-iki-nefer-oldu
Oxunma sayı: 778

Bu, müxalifət liderlərinin mühafizə dəstəsindən olan avtomobilin vurması nəticəsində olub. Bu barədə Tbilisidə bugünkü brifinqdə Gürcüstan DİN Təhlil və İnformasiya Departamentinin rəhbəri Şota Utiaşvili bildirib: “Mitinqin dağıdıldığı yerdən tələsik qaçan müxalifət liderlərinin mühafizə dəstəsindən olan avtomobilin vurması nəticəsində keçmiş polis əməkdaşı, 54 yaşlı Nodar Tsxadadze həlak olub”.

Utiaşvili Tsxadadzenin nümayişçilərin sırasında olduğunu bildirib. Onun sözlərinə görə, avtomobillərin basıb keçməsi nəticəsində polis leytenantı Vladimir Masxulaşvili də ölüb.
DİN rəsmisi bildirib ki, səhərki vəziyyətə görə, Tbilisi xəstəxanalarında nümayişin dağıdılması zamanı 37 zərərçəkən var ki, onlardan səkkizi polis, 28-i sıravi vətəndaş, biri isə İTV-nin jurnalistidir: “Biz həlak olanların ailələrinə başsağlığı verir, eləcə də bütün yaralananlara şəfa diləyirik”.