BMP-də ölən 5 aylıq uşaqla bağlı - Açıqlama

bmp-de-olen-5-ayliq-usaqla-bagli
Oxunma sayı: 5313

“Baku Medikal Plaza” nəvəmin meyitini bizə vermək üçün 10 min manat istəyir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı sakini Sona Mustafayeva mer.az-a müraciətində deyib. O bildirib ki, uşağı qızdırma səbəbi ilə sözügedən klinikaya aparıblar. Əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra valideynlərə bildiriblər ki, uşaq komaya düşüb və dünyasını dəyişib. Uşağın meyiti təhvil vermək üçün isə ailədən 10 min manat tələb edirlər. 

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən "Baku Medical Plaza”nın baş həkiminin müavini Lalə Şəkərova yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

"Dünyasını dəyişən uşaq klinikamıza ayın 25-i qəbul olunub. Klinikaya daxil olarkən körpənin vəziyyəti çox ağır idi. Biz uşağın valideynlərinə izah etdik ki, körpə reanimasiyaya yerləşdirilməlidir. Valideynləri bizdən xahiş etdi ki, uşağı klinikaya götürək. Günorta uşağın valideynləri xəstəxanaya depozit qoymuşdular. Onlar gedəndə klinikamıza 2000 manat borclu idilər. Qeyd edim ki, klinika həmin borcu da yaranan vəziyyətə görə güzəştə gedərək silib. Onlardan heç kəs pul tələb etməyib. Hətta biz uşağı morqa yollamaq istəyirdik. Amma valideynləri bununla razılaşmadılar".