BMT 2021-ci ildə neçə uşağın doğulacağını proqnozlaşdırdı

bmt-2021-ci-ilde-nece-usagin-dogulacagini-proqnozlasdirdi
Oxunma sayı: 2193

Yeni ilin ilk günündə dünyada 371 504 uşaq dünyaya gəlib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) tvitterdə bildirib.

Məlumata görə, 2021-ci ildə ilk uşaq Fici Adaları Respublikasında doğulub.

“2021-ci ildə 140 milyon uşağın doğulacağı gözlənilir. Onların orta ömür müddəti 84 il təşkil edəcək”, - paylaşmda qeyd olunub.