Birləşmiş Millətlər Təşkilatı ABŞ-yə nota verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Buna səbəb təşkilatın Baş katibi Antonio Quterreşin telefonlarının ABŞ tərəfindən dinlənilməsidir.
BMT bununla bağlı ABŞ-yə rəsmi narahatlığını bildirib.
“Baş katib və digər yüksək vəzifəli BMT rəsmilərinin danışıqlarının ABŞ hakimiyyəti tərəfindən dinlənilməsi ilə bağlı rəsmi şəkildə narahatlığımızı bildirdik. Bu, BMT-nin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyasında qeyd olunan öhdəliklərinə uyğun gəlmir", - deyə BMT rəsmisi vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər