BMT Azərbaycan səfirliyinə hücumu pislədi

bmt-azerbaycan-sefirliyine-hucumu-pisledi
Oxunma sayı: 1577

“Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva öz tviter hesabında yazıb.

“Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirəm”, - deyə o vurğulayıb.