BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır

bmt-bas-assambleyasi-israil-felestin-ucun-toplanir
Oxunma sayı: 880

BMT Baş Assambleyası cümə axşamı, saat 10:00-da İsrail-Fələstin gərginliyi ilə bağlı toplanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının prezidenti, 75-ci Sessiyasının sədri Volkan Bozkır tvitter hesabında paylaşım edib.

O bildirib ki, Fələstin torpaqlarındakı dəhşətli vəziyyəti müzakirə etmək üçün iclas çağırır.

İclas İslam Əməkdaşlıq Təşkilatının (İƏT) BMT-dəki təmsilçiliyinin sədri olan Nigeriyanın BMT-dəki Nümayəndəliyi və Ərəbdilli ölkələr Qrupunun BMT-dəki nümayəndəliyinə sədrlik edən Əlcəzair missiyasınnın rəsmi məktubu əsasında baş tutacaq.