BMT Baş katibi ABŞ-Türkiyə razılaşmasına münasibət bildirdi

bmt-bas-katibi-abs-turkiye-razilasmasina-munasibet-bildirdi
Oxunma sayı: 1235

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Türkiyənin Suriyadakı “Sülh Çeşməsi” əməliyyatının dayandırılması kontekstində gərginliyi azaltmaq üçün atılan hər bir addımı alqışlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisindən yayılan bəyanatda bildirilir:

“Baş katib, vəziyyətin pisləşməsi və mülki şəxslərin BMT nizamnaməsinə və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq qorunması üçün edilən hər cür səyləri alqışlayır ".

Qeyd olunub ki, Quterreş böhranın effektiv həlli üçün uzun yol keçmək lazım olduğunu anlayır.