BMT-nin baş katibi Antonio Quterriş Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşiyanın Vyana görüşünə münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, tərəflərin ilk rəsmi görüşünü alqışladığını bildirən baş katib iki ölkə liderlərinin münaqişə zonasında sülhün möhkəmləndirilməsinə şərait yaratmağa hazır olduqlarını bəyan etməsinin diqqətəlayiq olduğunu söyləyib.
O, həmçinin Azərbaycan-Ermənistan tərəfinin atəşkəsin gücləndirilməsi yönündə cəhdlərini, humanitar problemlərin aradan qaldırılması, eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını dəstəklədiyini vurğulayıb.
Baş katib eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrlərinə vasitəçilik etdiklərinə görə təşəkkür edib.
Son xəbərlər
Son Xəbərlər