BMT Bərdə qətliamını qınadı

bmt-berde-qetliamini-qinadi
Oxunma sayı: 3939

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın Bərdə şəhərinin atəşə tutulmasını pisləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib.

“Çoxsaylı insan ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Bərdə şəhərinə edilən hücum da daxil olmaqla, yaşayış məntəqələrinə edilən bütün hücumları şiddətlə qınayırıq. Bu cür hücumlara heç bir əsas ola bilməz”, - deyə Düjarrik deyib.

Mətbuat katibi yenidən BMT Baş katibi Antonio Quttereşin münaqişə tərəflərini humanitar məqsədlər üçün atəşkəsə riayət etməyə və mülki şəxslər, mülki infrastrukturu qorumaq üzrə öhdəliklərini yerinə yetirməyə çağırdığını xatırladıb.

“Hərbi əməliyyatların davam etdirilməsi qəbuledilməzdir, dərhal dayandırmalıdır”, - deyə qurum rəsmisi qeyd edib.

Xatırladaq ki, işğalçı Ermənistan ordusunun Bərdəni son iki gün ərzində atəşə tutması nəticəsində ümumilikdə 26 nəfər həlak olub, 82 nəfər xəsarət alıb.