BMT bu ölkədəki missiyasının müddətini bir il uzatdı

bmt-bu-olkedeki-missiyasinin-muddetini-bir-il-uzatdi
Oxunma sayı: 1079

BMT Təhlükəsizlik Şurası BMT Mali Çoxtərəfli İnteqrasiya Sabitlik Missiyasının vəzifə müddətini bir il uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT TŞ-nin iclasında qərar qəbul olunub.

Bildirilib ki, uzun illərdir təhlükəsizlik böhranının davam etdiyi Malidə təxminən 15 min əsgər və polisdən təşkil olunmuş missiyanın müddəti 30 iyun 2022-ci ilə qədər uzadılıb.

Sözügedən missiya Malidə təhlükəsizlik böhranı fonunda 25 aprel 2013-cü ildə BMT TŞ-nin qərarı ilə qurulub.

Missiyada 13 min 289 hərbçi və 1980 polis çalışır.