BMT bu qruplaşma liderini terrorçular siyahısına saldı

bmt-bu-qruplasma-liderini-terrorcular-siyahisina-saldi
Oxunma sayı: 985

BMT Təhlükəsizlik Şurası “Caiş-e-Muxammad” qruplaşmasının lideri Məsud Əzharın adını terrorçular siyahısına daxil edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təşkilat bu barədə qruplaşmanın Hindistanda silsilə terror aktları törətməsindən sonra qərar qəbul edib. Məlumatı BMT-nin Hindistan üzrə daimi nümayəndəsi Səid Əkbəruddin yayıb. Əzharın bütün maliyyə hesabları dondurulacaq.

Xatırladaq ki, “Caiş-e-Muxammad” qruplaşması fevralın 14-də Cammu və Kəşmir ştatlarında hərbi kolona hücum etmiş, nəticədə Hindistanın 45 hərbçisi dünyasını dəyişmişdi. Məsud Əzhar özünə Pakistanda sığınacaq qurub.