BMT-dən Dağlıq Qarabağ çağırışı

bmt-den-dagliq-qarabag-cagirisi
Oxunma sayı: 652

BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb.

“Qafqazinfo” “APA”ya istiadən xəbər verir ki, bu barədə müvafiq bəyanatla BMT baş katibinin nümayəndəsi Fərhan Haq çıxış edib.

BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatlarını tam dəstələyərək, tərəfləri atəşkəsi poza biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

“Biz gərginliyi azaltmaq üçün bütün səyləri alqışlayırıq və  məzmunlu danışıqları bərpa etmək üçün tərəfləri zəruri siyasi iradə göstərməyə çağırırıq”, deyə Fərhan Haq qeyd edib.