BMT Əfqanıstanın “təhlükəli bir dönüş nöqtəsinə” girdiyini açıqlayıb.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, son bir ayda qarşıdurmalarda mindən çox mülki şəxs ölüb.
“Önümüzdə bizi ya həqiqi sülh müzakirəsi, ya da qorxunc humanitar vəziyyət, artan insan hüquqları pozuntuları və vəhşi qarşıdurma ilə iç-içə keçmiş faciəvi bir böhran gözləyir.
Belə bir fəlakətin Əfqanıstanın sərhədlərindən kənarda da nəticələri olacaq”, - açıqlamada deyilir.
Son xəbərlər
Son Xəbərlər