BMT-dən Putinin Minsk razılaşmaları ilə bağlı sözlərinə cavab

bmt-den-putinin-minsk-razilasmalari-ile-bagli-sozlerine-cavab
Oxunma sayı: 1377

“Minsk razılaşmaları mövcud olmaqda davam edir və Ukraynada deeskalasiyaya aparan yoldur".

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinq zamanı Rusiya Prezidenti Vladimir Putinin Minsk razılaşmaları ilə bağlı sözlərinə cavab olaraq deyib. 

“Bizim fikrimizcə, mövcud diplomatik çərçivə var və onlardan deeskalasiyaya aparan yol kimi istifadə edilməlidir”, - deyə Düjarrik Rusiya liderinin sözlərini şərh edərkən deyib.